Yerli əfqan xalqı "Taliban" qruplaşmaları tərəfindən işğal edilən Əfqanıstandan qaçır.

Unikal.org xəbər verir ki, Kabildən havaya qalxan "C-17" təyyarəsinin eniş mexanizmindən tutaraq qaçmağa çalışan 2 nəfər, təkərlərin bağlanması nəticəsində kilometrlərlə yüksəklikdən yıxılaraq ölüblər.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel olaraq ölkədəki varlığını gündən-günə artıran və son bir həftədə demək olar ki, tamamilə nəzarəti ələ alan "Taliban", avqust ayının 15-də müqavimət görmədən paytaxt Kabilə girib. 

Ağarza Elçinoğlu