Bolqarıstanda keçmiş Baş nazir Borisov və Baş prokuror İvan Qeşevə qarşı keçirilən etiraz aksiyalarında polisin nümayişçilərə vəhşilik göstərdiyi anların görüntüləri ortaya çıxıb.
Unikal.org xəbər verir ki, paytaxt Sofiyada baş verən hadisədən 1 il keçməsinə baxmayaraq, mediayada paylaşılan görüntülər hər kəsi dəhşətə gətirib.
Qeydə alınan görüntülərdə, nümayişçilərin polis tərəfindən dəfələrlə təpiklənərək, əlləri qandalladıqları görülüb.
Polis zorakılığının görüntüləri paylaşıldıqdan sonra Bolqarıstan Parlamentinin sədri İva Miteva çərşənbə axşamı növbədənkənar parlamentin toplanacağını və bu mövzunu müzakirə edəcəklərini açıqlayıb .
Gülayə Mecid