Latviyanın Dövlət Sərhəd Xidmətinin rəisi Güntis Pujats bazar ertəsi günü bildirib ki, sərhədçilər 395 miqrantın qabnunsuz olaraq Belarusdan ölkəyə keçmək cəhdlərinin qarşısını alıb.
Unikal.org xəbər verir ki, Belarusdan Latviyaya keçmək istəyənlərin sayının durmadan artdığı bildirilib.
"Avqustun 15-i gecə yarısına qədər 395 qanun pozucusunu geri qaytardıq. Latviyaya girməyə çalışan daha iki qrup müəyyən edilib. Proses davam edir. Hər gün sərhədçilər 50-dən çox adamı sərhəddən geri qaytarır", - deyə G.Pujats bildirib.
Qeyd edək ki, Latviya hökuməti miqrantları Belarusa geri qaytara bilmək üçün sərhədçilərə avqustun 11-dən noyabrın 10-dək sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edib və sərhədə tikanlı məftil çəkmək üçün 1,7 milyon avro ayrılmasını təsdiqləyib.
Ağarza Elçinoğlu