Bütün dünyaya təsir edən qlobal istiləşmə həm yaşayış şəraitini, həm də səbəb olduğu yanğınlarla qorxuya çevrilib.
Unikal.org xəbər verir ki, istidən ən çox təsirlənən ölkələrdən biri olan Tunisdə rekord isti göstəricisi qeydə alınıb.
Açıqlamalarda istiliyin 50,3 dərəcə yüksəldiyi bildirilib.
Tunis Meteorologiya İnstitutundan verilən açıqlamaya görə, dünən ölkədə beş fərqli nöqtədə rekord temperatur qeydə alınıb. Ən yüksək nəticə isə Kairouan şəhərində qeydə alınıb. Bu da 1968-ci ildən bəri şəhərdə görülmüş ən yüksək temperatur göstəricisidir.
Hazırda Kairova Afrikanın ən isti, dünyanın isə ikinci qaynar nöqtəsi kimi qeydə alınıb.
Ağarza Elçinoğlu