"Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra ölkəni tərk edən Əfqanıstan Prezidenti Əşrəf Qaninin 4 maşın dolu pulla qaçdığı iddia edilib.
Unikal.org-un məlumatına görə, Rusiyanın Əfqanıstandakı səfirliyinin əməkdaşları "Sputnik" xəbər agentliyinə bildiriblər ki, "Əşrəf Qani nağd pulla dolu maşınlarla qaçır, amma pulun hamısı təyyarəyə sığmadığı üçün pulun bir hissəsi hava limanında qalıb",- deyə qeyd olunub.
Bildirək ki, ölkəsini tərk edən Əşraf Qani hazırda Tacikistandadır.
Gülayə Mecid