Türkiyə COVID-19-la mübarizə çərçivəsində ölkə daxilində peyvəndləmə prosesini sürətlə davam etdirir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi epidemiyaya qarşı mübarizəni səmərəli şəkildə davam etdirmək üçün koronavirus vaksininin dozalarının sayı ilə bağlı yeni qərarlar qəbul edib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı səhiyyə işçilərinə və prioritet qrupda olanlara peyvəndin dördüncü dozası tətbiq ediləcək.
Daha öncə "PCR" testi pozitiv olan insanlar sağaldıqdan üç ay sonra peyvənd edilə bilərdilər. Yeni qərara görə, bu müddət bir aya endirilib.
Ağarza Elçinoğlu