İranda qadınlar Talibana qarşı etiraz aksiyası keçiriblər.

Unikal.org  ISNA agentliyinə  istinadən xəbər verir ki,  əfqan qadınlar Qum şəhərində küçələrə çıxaraq yaraqlıların əleyhinə şüarlar səsləndirib. Həmçinin də,  etirazçılar dünya güclərini Əfqanıstanda baş verənlərə reaksiya verməyə çağırıblar.

Qeyd edək ki, Əfqanıstanda uzun sürən münaqişədən sonra Taliban hərbi çevriliş edib. Dünən paytaxt Kabilə daxil olan silahlılar ölkəyə nəzarəti tam ələ keçirə biliblər.

 Gülayə  Mecid