Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda partlayış baş verib.

Unikal.org "TASS"a istinadən məlumat verir ki, partlayış nəticəsində 18 nəfər xəsarət alıb. 

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları onları xəstəxanaya çatdırıblar.

Məlumata əsasən, avtobusda qaz avadanlığı partlayıb. Müvafiq xidmətlər nəqliyyat vasitəsinə baxış keçiriblər, partlayışın başvermə səbəbləri araşdırılır. 

Ağarza Elçinoğlu