Türkiyənin Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakətinin qurbanlarının sayı artıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sel fəlakəti ilə bağlı yeni məlumatlar açıqlayıb.
Belə ki, sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb. Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub.