Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Xamaoka" Atom Elektrik Stansiyasının turbin zalında alışma olub.

Unikal.org xəbər verir ki, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb. Sözügedən hadisə nəticəsində tüstülənmə baş verib. Bu barədə "Chubu electric power" stansiyası şirkətinin operatoru məlumat verib. 

Zərərçəkənlər haqqında hələ ki, heç bir informasiya yoxdur.

"Xamaoka" stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.

Ağarza Elçinoğlu