İngiltərənin Baş naziri Boris Johnson, "Taliban" yaraqlı qrupunun hakimiyyəti ələ keçirdiyi Əfqanıstandakı vəziyyəti müzakirə etməyi təklif edib.
Unikal.org xəbər verir ki, o, növbəti günlərdə "G7" liderlərinin virtual toplantısına ev sahibliyi etməyi təklif edib.
Britaniya baş nazirinin ofisindən bildirib ki, Conson bu təklifi Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı irəli sürüb.
Məlumata görə, telefon danışıqları zamanı, gələcək hökumətin tanınması baxımından, eləcə də humanitar və qaçqın böhranının qarşısını almaq üçün beynəlxalq birliyin Əfqanıstanla bağlı vahid bir yanaşma göstərməsinin vacibliyini vurğulanıb.
Qeyd edək ki, paytaxt Kabulun ələ keçirilməsindən və prezident Əşrəf Qaninin ölkədın qaçmasından sonra "Taliban" Əfqanıstanda öz hakimiyyətini elan edib.
Ağarza Elçinoğlu