Sabiq Baş prokuror və səfir Eldar Həsənovun məhkəməsinin vaxtı məlum olub.

Unikal.org-un məlumatına görə, onun cinayət işinə avqust ayının 27-də saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

***

09:10

Xəbər verdiyimiz kimi, sabiq Baş prokuror və səfir Eldar Həsənovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, sabiq səfirin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub. Həmin qurumlar Xarici İşlər və Maliyyə nazirlikləridir.

Qeyd edək ki, E.Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Murad İbrahimli