Azərbaycan Turizm və Menecment Universiteti ilə  Avropa Elm İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Adıkeçən beynəlxalq təşkilat Avropada təhsil və elm sahəsində fəaliyyət göstərən ən gənc təşkilatlardan biri sayılır.

Unikal.org xəbər verir ki, 10 ildən çoxdur Avropanın və eləcə də dünyanın fərqli ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələrini üzv olaraq bir araya gətirən beynəlxalq təşkilat öz fəaliyyətini 2 əsas istiqamətdə - gənc alim və araşdırmaçıların tədqiqat layihələrinə cəlb edilməsi və gənclərin post - doktora pilləsi üzrə təhsil imkanlarının genişləndirilməsi sahəsində davam etdirir. İspaniya Krallığının Almeriya və Laquna Universitetlərinin təşəbbüsü ilə fəaliyyətdə olan beynəlxalq təşkilat çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti tədrisin beynəlmiləlləşməsi istiqamətinə əsaslanaraq beynəlxalq əlaqələrin daha da gücləndirilməsini prioritet məqsəd kimi dəyərləndirir. 

ATMU nümayəndələrinin 2021 – ci ilin sentyabr ayından təşkilatın müxtəlif layihələrində iştirakı gözlənilir.