Rusiyanın Birinci kanalında yayımlanan "Голос 60+" ("Səs+60) musiqi yarışmasına Tünzalə Qəhrəman adlı azərbaycanlı xanım qatılıb.
Unikal.org xəbər verir ki, şounun ilk günü görmədən dinləmələr mərhələsində azərbaycanlı Tünzalə Qəhrəman iştirak edib.
O, ingilis dilində “Autumn leaves” mahnısını ifa edib və növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, 73 yaşlı həmyerlimiz məşhur musiqiçi Stas Naminin komandasına daxil olub.