Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib.
Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra evə buraxılan vokalistin qəfildən halı pisləşib və xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sunil Perera "Kadapathaki", "None Mage Sudu None", "Lunu Deh", "Oye Ojaye", "Piti Kotapan None", "Signore", "Uncle Johnson" mahnıları ilə məşhurdur.