Türkiyəli aktrisa Serenay Sarıkaya rejissor Umut Evirgenlə eşq yaşayır.
Unikal.org xəbər verir ki, münasibətlərini gizli saxlayan cütlüyün görüşdüyü yer ortaya çıxıb. Ötən gecə məkanda görüşərkən Umut məkanı bağlatdıraraq, işçilərə heç kimi içəri almamaları ilə bağlı təlimat verib.
Qeyd edək ki, Umut bundan əvvəl məşhur aktrisa Tuba Büyüküstün və Melisa Şenolsunla yaşadığı eşq macəraları ilə gündəmə gəlib.