Türkiyənin məşhur cütlüyü Fahriye Evcenlə Burak Özçivit Bodrumda inşaatı davam edən evlərini görməyə gedib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa məkandan görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Evcen inşaat firmasının adını qeyd edərək “Həyəcanla tamamlanmasını gözləyirik” şərhini yazıb.
Qeyd edək ki, cütlüyün 15 milyon TL (təxminən 3 milyon 64 min manat) dəyərindəki evi reklam qarşılığında pulsuz tikilir.