Türkiyəli məşhur model Tülin Şahin məhkəməlik olub.
Unikal.org xəbər verir ki, portuqaliyalı əri tərəfindən məhkməyə verilən model 6 ay azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə o, azyaşlı övladını zəngin iş adamı Pedro Mariadan gizlətməsi olub. Aylarla övladını görməyən ata, Tülini məhkəməyə verib.
Qeyd edək ki, model Pedro Maria ilə keçən ilin yayında boşandığını bəyan etmişdi.