Amerikalı müğənni və aktyor Elvis Presliyə məxsus  saç hərraca çıxarılıb.  

Unikal.org xəbər verir ki,  ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən "Kruse GWS"  hərrac evi tərəfindən  satışa çıxarılan saça alıcı  tapılıb. Belə  ki, saç hərracda 72,500 ABŞ dollarına satılıb. 

Qeyd edək ki,  Elvis Preslinin səhnədə geydiyi kombinezon və palto da hərracda 1 milyon dollardan çox satılıb.

Gülayə  Mecid