Türkiyənin məşhur aparıcılardan biri olan Esra Erol haqqında estetik iddialar irəli sürülüb.
Unikal.org xəbər verir ki, illərdir ekranlardan düşməyən aparıcı yayılan iddialara arxiv fotolarını paylaşaraq cavab verib. Belə ki, Erol illər əvvəl televiziyada müxbirlik edərkən çəkilən fotoşəkillərini paylaşıb.
Aparıcının illərdir dəyişməyən görünüşü bir daha diqqət çəkib. Heç bir plastik və estetik əməliyyat keçirmədiyini vurğulayaraq, fotolarını paylaşan Erol zamanla hər kəsin dəyişəcəyini bildirib.