Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır.
Bu barədə Unikal.org-a sənətçinin müalicə aldığı “Yeni Klinika”dan məlumat verilib.
Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir:
“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”.