Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb.
Unikal.org xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:
"Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var".
Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub.