Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin durumu ağır olaraq qalır.
Bunu Unikal.org-a açıqlamasında müğənnin qohumu Ramiz Qarayev deyib. O, 10 gün əvvəl koronavirusa yoluxan müğənninin səhhətində heç bir dəyişiklik olmadığını vurğulayıb.
"Həkim nəzarəti altındadır. Xəstəliyi ağır olaraq keçirir. Səhhətində heç bir dəyişiklik yoxdur. O, süni tənəffüs aparatına qoşulub".
Bildirək ki, sənətçinin həyat yoldaşı Kəmalə Əlizadə də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların hər ikisi Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alırlar.
Gülayə Mecid