Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645.189 təşkil edib.
Dövlət Vergi Xidmətindən Unikal.org-un verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.