Müğənni Gülay Zeynallı koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə sənətçi özü sosial şəbəkədə məlumat verib.
"Həkim dedi ki, yüngül keçirdirsən. Bu, hələ mənim yüngül keçirməyim idi. Zülm çəkdim. Halsızlıq məni öldürürdü. Yəqin ki, vaksinə görə yüngül keçirmişəm. 14 gün evdə karantində qaldım. Anam mənə qulluq edirdi. İndi düzəlmişəm".