Kapadokyanın Ürgüp şəhərində səhnəyə çıxan müğənni Buray bədbəxt hadisə ilə üzləşib.
Unikal.org xəbər verir ki, müğənni konsert sırasında hər zaman yanında daşıdığı sazını istəyib. Lakin yardımçıları sazını tapa bilmədiklərini deyib. Buray 2 min manat dəyərində olan sazının oğurlandığını bildirib.
Polisə müraciət edən müğənni, musiqi alətinin geri qaytarılmasını tələb edib.