“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özilin Türkiyə karyerası qısa çəkə bilər.
Unikal.org xəbər verir ki, İstanbul təmsilçisinə ilin əvvəlində keçən Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.
Çünki MLS-də iştirak edən klublar onun xidmətində maraqlıdır. Konkret olaraq “Nyu York Red Bull” və “İnter Mayami” 33 yaşlı pleymeykeri heyətinə cəlb etməyə çalışır.
Qeyd edək ki, Özilin “Fənərbaxça” ilə 3 illik müqaviləsi var.