Türkiyəli müğənni Sertab Ərənər xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki,müğəninin bağırsaqlarında problem yaranıb. Həkim nəzarətinə götürülən Ərənər müalicə alır.
Sertab səhhətinə görə bir neçə konsertini də təxirə salıb. Müğənni "Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Xəstəxanada etibar ediləcək insanların nəzarətindəyəm, müalicə alıram. Biletləri bitən iki konsertimi təxirə saldım. Çox təəssüf edirəm" deyə, o, bildirib.