Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhətində heç bir dəyişiklik yoxdur.
Bu barədə Unikal.org-a müğənninin qohumu Razim Qarayev məlumat verib. Onun sözlərinə görə, müğənninin vəziyyəti ağır olaraq qalır:
"Süni tənəffüs aparatına qoşulub. Həkimlər cohazdan ayrımaq istədilər, amma səhhəti ağırlaşdı. Yenidən EKMO-ya qoşuldu. Temperaturu olmur. Nəzarət altındadır".
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan müğənni Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalında müalicə alır.
Gülayə Mecid