Amerikalı müğənni R Kelly ömürlük azadlıqdan məhrum edilə bilər.

Unikal.org xəbər verir  ki,  buna səbəb Kellyinin qadınlara və  uşaqlara təcavüz  etməsi olub. Belə ki, 20 ildir sənət adından istifadə edərək, qadınlara qarşı zorakılıq  göstərən müğənni hazırda polis  tərəfindən saxlanılıb. O, bir sıra cinayət  hadisələrində də ittiham olunub. 

Hazırda Kellyinin istintaq işləri  davam etdirilir. Onun ömürlük həbs cəzasına məhkum ediləcəyi bildirilir. 

Gülayə Mecid