Türkiyəli müğənni Ece Seçkin pilot sevgilisi Çağrı Tərləməzlə ailə həyatı qurduqdan sonra gəlinliyini hədiyyə edib.
Unikal.org xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. O, toyunda geyindiyi 2 gəlinlikdən birini ötən gün konsertdən sonra pərəstişkarına bağışlayıb.
Ece bundan başqa digər gəlinliyini də növbəti konsertində uyğun birinə hədiyyə edəcəyini açıqlayıb.