Yapon komiks seriyasını yaradan manqa sənətçisi Takao Saito vəfat edib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.
Sənətçi mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, T.Saito 3 noyabr 1936-cı ildə Yaponiyanın qərbində doğulub. İlk manqa cizgi filmini 1955-ci ildə bərbər işləyərkən nəşr etdirib. Saitonun ən çox tanınan əsəri 1968-ci ildə nəşr olunan "Qolqo 13" olub. Televiziya formatına uyğunlaşdırılan əsər ən uzun sürən manqa serialıdır. Onun 201-ci nəşri bu ilin iyul ayında dərc olunub. Tək manqa seriyasından indiyə qədər nəşr olunan ən çox cildə görə "Ginnes" rekordunu qırıb. Məşhur əsələrinin dərc olunmasının ardından Osakadan Tokioya köçərək öz istehsal şirkətini yaradıb.