"Gürcüstan-Azərbaycan hökumətlərarası İqtisadi Komissiyanın iclası çox məhsuldar keçdi".
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Twitter" hesabındakı paylaşımında qeyd edib.
Baş nazir bildirib ki, bu tədbirin qlobal pandemiya dövründə baş tutması iki ölkənin iqtisadi inkişafına və dayanıqlı genişlənməyə dair ortaq baxışının aydın sübutudur.