Mehriban Hurmacı futbolçu həyat yoldaşı Özər Hurmacının ona böhtan atdığını açıqlayıb.

Unikal.org haberler.com-a istinadən  xəbər verir ki, futbolçu Mehribanın astroloji xəritəsinə baxdıraraq həyat yoldaşının ona xəyanət etdiyini iddia etdiyi üçün boşanmaq qərarına gəlib.

M.Hurmacı isə iddiaların yalan olduğunu bildirərək 30 milyon lirə təzminat və 75 min lirə aliment tələb edib.

Qeyd edək ki, 6 ildir evli olan cütlüyün 3 övladı var.