Bakıda “Landau School” özəl məktəbin həyətində valideynlərlə mühafizəçilər arasında mübahisə yaranıb. Sosial şəbəkələrdə paylaşılan  görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi əks olunub.  

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb. 

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.