Avropa enerji böhranını yumşaltmaq üçün Rusiyadan daha çox kömür xahiş edir.
Unikal.org xəbər verir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb.
"Qitədəki elektrik enerjisi istehsalçıları Rusiyadan daha çox kömür xahiş edirlər. Burada məqsəd qışın yaxınlaşması ilə əlaqədar enerji böhranının yumşaldılmasıdır", - deyə o bildirib.
Qeyd edək ki, Avropadakı qaz anbarlarında qaz ehtiyatlarının aşağı düşməsi ilə bağlı tələbat artdığından, qaz qiymətləri tarixi rekorda - 1073 dollara qalxıb.