Dünyanın ən tanınmış ifaçılarından olan Şakira iki çöl donuzunun hücumuna məruz qalıb.

Unikal.org “Daily Mail”ə istinadən xəbər verir ki, Kolumbiyalı müğənni səkkiz yaşlı oğlu ilə Barselonada parklardan birində gəzərkən heyvanların hücumuna məruz qalıb. İfaçı bildirib ki, qabanlar onun içərisində cib telefonu olan çantasını meşəyə sürükləyib.

Sonradan ifaçı yararsız vəziyyətə düşən çantasını tapa bilib, ancaq telefonunun vəziyyəti barədə heç bir açıqlama verilməyib.