Xərçəngdən əziyyət çəkən türkiyəli məşhur aktrisa Canan Ergüdər obyektivlərə tuş gəlib.
Unikal.org xəbər verir ki, sənətçi kimyaterapiyadan sonra saçlarının tökülməsi ilə diqqət çəkib. Heç bir papaq taxmadan kameral qarşısına keçən Canan xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
"Kimyaterapiya və radioterapiya bitdi. Yaxşıyam, sağlamam... Sənətimə geri dönməyə çalışıram" deyə, Canan bildirib.