Məhəmməd peyğəmbərin karikaturlarının müəllifi isveçli Lars Vilks ölkənin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində onun mühafizəçiləri olan iki polis əməkdaşı da həlak olub. Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb. Yük maşınının sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, müəllifin peyğəmbərlə bağlı çəkdiyi karikaturalar 2007-ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub. O, ölümlə təhdid edildiyi üçün polisin himayəsində yaşayırdı.