Türkiyəli məşhur müğənni Gülşən ötən gün Ankarada pərəstişkarlarının qarşısına çıxıb.
Unikal.org xəbər verir ki, müğənni açıq dekolteli səhnə geyimi ilə hər kəsin diqqətini çəkib. Belə ki, ifaçı həmin anları sosial media hesabından paylaşıb. Gülşənin açıq-saçıq geyiminə görə bir çox izləyici onu tənqid edib. Müğənni bundan sonra postunu silməli olub. Gülşənin bu hərəkəti də sosial mediada gündəm yaradıb.
O, fotoları tənqidlərə görə silmədiyini bildirərək, instaqrama yenidən yükləyib.