ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 81,46 dollar təşkil edib.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,1% artaraq 77,7 dollar təşkil edib.