Türkiyənin baxımlı seriallarından biri "Uzak şehrin masalı"nın çəkiliş meydançasında dava düşüb.
Unikal.org xəbər verir ki, 5-ci bölümdə ekranlara vida etməyə hazırlaşan serialın baş rol aktyoru Barış Kılıçla rejissor Mustafa Şevki Doğanın sözləri çəpləşib. Onlar biri-birinə nalayiq sözlər dedikdən sonra yumruq davasına çıxıblar.
Əlbəyaxa döyüşə aktyor Timur Acar əngəl olub.