"Ulduz yolu" filmində "Ceyms T.Kirk" obrazını canlandıran 90 yaşlı aktyor Uilyam Şetner kosmosa uçacaq.
Unikal.org xəbər verir ki, bu barədə milyarder Ceff Bezosa məxsus "Blue Origin" şirkəti məlumat yayıb.
Onunla birlikdə "Shepard" kosmik gəmisində şirkətin əməkdaşı Odri Pauers də olacaq.
Qeyd edək ki, bu, Şetnerin uzun illərdir arzusu idi. İndiyə qədər kosmosda olmuş ən yaşlı insan isə 82 yaşlı Uoli Funkdur.