"Sərdar Ortaç infarkt keçirərək öldü" xəbəri sosial medianı sarsıdıb.
Unikal.org xəbər verir ki, Türkiyə mətbuatında səs-küyə səbəb olan xəbərdən sonra müğənni açıqlama yayıb. Belə ki, Sərdar Ortaç barəsində yayılan xəbərləri gülərək qarşıladığını deyib:
"Ölmədən dəfn edirlər. Mən sağ-salamatam, infarktda keçirməmişəm. Ailəm və sevənlərim bu xəbərə görə kədərləniblər. Bu xəbəri yayanlar mütləq cəzalanacaqlar!".