Türkiyəli  aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkanın toyu gələn ilin yayında baş tutacaq.

Unikal.org
xəbər verir ki, bu barədə “CNN Türk” xəbər verib. Məlumata görə, cütlük artıq toy hazırlıqlarına başlayıb. Mərasimin Alkanın Cavadzadəyə evlilik təklif etdiyi Datça kurort şəhərində keçiriləcəyi bildirilir.

Gələn ilin yayında baş tutacaq toyun dəqiq tarixi açıqlanmır.