Türkiyəli  məşhur aktrisa Pınar Dənizlə həmkarı Yiğit Kirazcı eşq yaşayır.

Unikal.org xəbər verir ki, aktyor bir müddətdir haqlarında yayılan sevgi iddialarına cavab verib. O, instaqram hesabında Pınarla olan səmimi fotosunu paylaşaraq ürək emojisi qoyub.

Qeyd edək ki, hazırda Yiğit "Evlilik hakkında her şey", Pınar isə "Yargı" serialında rol alır. Hər iki ekran işi bu mövsümdən etibarən yayımlanır.