Dünyaca məşhur müğənni Castin Timberleyk və aktrisa həyat yoldaşı Cessika Bil Los-Ancelesdəki malikanələrini satışa çıxarıb.

Unikal.org xəbər verir ki, buna səbəb cütlüyün kiçik bir qəsəbəyə köçmək qərarı alması olub. Castin və Cessika villanı 35 milyon dollar qarşılığında yeni sahibinə verməyi planlaşdırır.

126 hektarlıq əraziyə sahib 3550 kvadrat metrlik evdə xüsusi olaraq hazırlanan qonaq otağı, işıqlı tennis kortu, çəmənlik, meşə və tərəvəz bağları var.

Qeyd edək ki, cütlük sözügedən malikanəni 2015-ci ildə satın alıb. Nyu-Yorkda da evləri olan Castin və Cessikanın 2 oğlu var.