Dünya COVİD-19-la mübarizə yolunun təxminən 60 faizini keçib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan deyib.
O, pandemiyanın tezliklə bitəcəyinə və insanların normal həyata qayıdacağına inandığını vurğulayıb.
Bu kontekstdə o, əhalini virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirməyə çağırıb.
Qeyd edək ki, ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın ölümünə səbəb olub.