Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Unikal.org xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 2 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.
***
09:19
Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçiriləcək.
Unikal.org-un məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.
“Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.