Braziliya prezidenti Jair Bolsonaru koronavirus pasportu  olmadığına görə  Santos-Gremio futbol matçının keçirildiyi stadiona buraxılmayıb. 

Unikal.org xəbər verir ki,  bu barədə ölkə mətbuatı məlumat yayıb. Bildirilir ki, prezident stadiona buraxılmadığı üçün qəzəblənib.  

 "Niyə peyvənd pasportum olsun ? Santosun oyununu izləmək istədim, virus  əleyhinə  vaksin vurdurmağımın lazım olduğunu dedilər", - deyə  o, narahatlığını  ifadə edib.  

 Gülayə  Mecid